BAKI, 24 iyul. TELEQRAF

Rusiyanın Sankt-Peterburq şəhərində “Wildberries” şirkətinə məxsus iki anbar Ukraynanın dron hücumundan sonra yanğına məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Leninqrad vilayətində yerləşən və “Wildberries - Sankt-Peterburq” anbarı kimi tanınan logistika mərkəzinə hücum edilib. Yerli sakinlər Sankt-Peterburq və ətraf ərazilərdə partlayış səsləri eşitdiklərini bildiriblər. Bölgə qubernatoru isə hava hücumundan müdafiə qüvvələrinin bir neçə dronu vurduğunu açıqlayıb.

ASTRA-nın məlumatına əsasən, Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novosaratovka kəndində yerləşən “Wildberries” anbarında da yanğın baş verib.