BAKI, 24 iyul. TELEQRAF
ABŞ sanksiya siyahılarına “Müsəlman Qardaşları” və HƏMAS hərəkatları ilə əlaqəli bir sıra şəxs və qurumları əlavə edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Departament bildirib ki, ABŞ HƏMAS və “Müsəlman Qardaşları”nı dəstəkləyən bütün maliyyə infrastrukturunu dağıtmağa sadiqdir.
Yanvarın əvvəlində ABŞ Livan, Misir və İordaniyadakı “Müsəlman Qardaşları” təşkilatlarını “terror təşkilatı” elan etmişdi.