BAKI, 23 iyul. TELEQRAF
Bu ilin ilk yarısında Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 374,9 milyon manat gəlir əldə edib.
Teleqraf quruma istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə yataqdan gəlirlər 52,4 milyon manat və yaxud 1,2 % azalıb.