BAKI, 24 iyul. TELEQRAF
Türkiyə Böyük Millət Məclisində (TBMM) Şimali Kipr Türk Respublikasının adının dəyişdirilməsi təklif olunub.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, TBMM-nin Baş Assambleyasında Şimali Kipr Türk Respublikasının (KKTC) adından "şimal" sözünün çıxarılaraq "Kipr Türk Respublikası" adlandırılması təklif edilib.
Qeyd edilib ki, bu dəyişiklik ölkənin beynəlxalq aləmdə daha güclü təmsil olunmasına və hüquqlarının qorunmasına xidmət edə bilər.