BAKI, 23 iyul. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən 437,1 milyon manat gəlir əldə edib

Teleqraf fonda istinadən xəbər verir ki, yatağın işlənməsindən gəlirlər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon manat və ya 3,3 % artıb.

Qeyd edək ki, "Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).