BAKI, 24 iyul. TELEQRAF

"Qalatasaray" yeni mövsümə hazırlıq çərçivəsində təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

Teleqraf xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi İstanbul təmsilçisi sabah Türkiyə vaxtilə saat 21:00-da İtaliyanın "Monza" klubu ilə mövsümöncəsi ilk yoxlama oyununa çıxacaq.

Baş məşqçi Avstriya toplanışının heyətinə Halil Dərvişoğlu, Ali Turap Bülbül, İsa Halidi, Berat Yılmaz və Rəcəb Yalın Dileki daxil etməyib. Məlumata görə, gənc futbolçuların icarəyə göndərilməsi, Halil Dərvişoğlunun isə birdəfəlik transfer olunması gözlənilir.

Avstriya toplanışına aparılan heyətdə Uğurcan Çakır, Metehan Baltacı, İsmayıl Yakobs, Eyüp Aydın, Roland Sallayi, Qabriel Sara, Leroy Sane, Yunus Akgün, Elias Jelert, Eren Elmalı, Lesli Uqoçukvu, Günay Güvenç, İlkay Doğan, Kaan Ayhan, Cankat Yılmaz, Viktor Günkere Güner, Abdülkerim Bardakcı, Viktor Osimhen, Barış Alper Yılmaz, Yusuf Sivaslıoğlu, Oğulcan Yançel, Arda Yılmaz, Ada Yüzgeç, Dağhan Kahraman, Eyüp Karasu, Furkan Koçak, Enes Emre Büyük, Renato Nhaqa, Berat Luş, Kazımcan Karataş, Vilfrid Sinqo və Ardaya Mario yer alıblar.