BAKI, 23 iyul. TELEQRAF

2026-cı ilin ikinci rübündə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın həcmi 178,1 ton olub.

Teleqraf xəbər verir ki, Fondun ümumi investisiya portfelində qızılın payı 31,4% olub.

Bu göstərici birinci rübün sonu ilə müqayisədə 4,2 faiz bəndi az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2,6 faiz bəndi çoxdur.

Qeyd edək ki, cari ilin birinci rübündə də Fondun investisiya portfelində qızılın payı 178,1 ton olub. Portfeldə qızılın payı isə 35,6% təşkil edib.

Fonddan bildirilib ki, hesabat dövründə qızıl qiymətinin və valyuta məzənnələninin dəyişməsindən yaranan büdcədənkənar xərc 3 688,1 milyon manat təşkil edib.