BAKI, 23 iyul. TELEQRAF

2026-cı ilin ikinci rübündə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində avronun payı 11 milyard 279,8 milyon təşkil edib. Bu da portfelin 17,7%-i deməkdir.

Teleqraf xəbər verir ki, 2025-ci ilin eyni dövründə Fondun portfelində avronun payı 20,9% -11 milyard 876,1 milyon avro olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında ümumilikdə 72 milyard 595,1 milyon ABŞ dolları olan portfelin 50 milyard 566,1 milyon dolları (69,7%) bu valyutada yerləşdirilmiş vəsaitlərdir. Portfeldə ingilis funt sterlinqinin payı 2 milyard 690 milyon (4,9%), Çin yuanının 11 milyard 570,7 milyon (2,3%), yapon yeninin 174 milyard 308,7 milyon (1,5%), digər valyutaların isə 2 milyard 844,9 milyon dollar (3,9%) olub.

2025-ci ilin birinci yarısında Fondun investisiya portfelində ABŞ dollarının payı 44 milyard 215,9 milyon dollar olub. Bu da portfelin 66,5 faizi deməkdir. Portfeldə ingilis funt sterlinqinin çəkisi 2 milyard 475,5 milyon (5,1%), Çin yuanının 11 milyard 352,5 milyon (2,4%), yapon yeninin 130 milyard 154,6 milyon (1,4%), digər valyutaların payı isə 2 milyard 478,9 milyon dollar (3,7%) olub.