BAKI, 23 iyul. TELEQRAF
2026-cı il iyun ayının 30-na Dövlət Neft Fondunun (ARDNF) aktivləri 72 milyard 596 milyon ABŞ dolları (123 414 milyon manat) təşkil edib.
Teleqraf xəbər verir ki, ilin əvvəlinə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 542 milyon ABŞ dolları (125 021 milyon manat) olub.
2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 milyard 531, 3 milyon manat təşkil edib. Sözügedən dövrdə fondun neft-qaz gəlirləri 4 milyard 953,4 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577,9 milyon manat təşkil edib.
Fondun büdcə xərcləri hesabat dövrü üzrə 6 milyard 449,7 milyon manat təşkil edib.