BAKI, 23 iyul. TELEQRAF
Avropa Komissiyası Rəqəmsal Bazarlar Aktını pozduğuna görə "Google"a 890 milyon avro məbləğində cərimə tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
"Google"un internet axtarış nəticələrində öz xidmətlərinə ədalətsiz üstünlüklər verdiyini müəyyən edən Avropa Komissiyası cərimə tətbiq edib.
Bundan əlavə, komissiya şirkəti "Google Play" üçün tətbiq tərtibatçılarına süni məhdudiyyətlər tətbiq etməkdə ittiham edib.