BAKI, 10 iyul. TELEQRAF

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Teleqraf xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə 10 iyul tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

***

11:58

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, 14 vaqon propan və 5 vaqon gübrə Rusiyadan Ermənistana göndəriləcək.