BAKI, 6 noyabr. TELEQRAF

Azərbaycan və Ukrayna arasında qarşıdakı dövr üçün əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında bildirib.

“Ukraynanın Ujqorod şəhərində Baş nazirin birinci müavini, energetika naziri Denis Şmıqal ilə birgə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü iclasını keçirdik. Ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya, innovasiya və turizm sahələrində əməkdaşlığın inkişafını müzakirə etdik. dövr üçün Fəaliyyət Planını qəbul etdik. Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masasında yeni tərəfdaşlıq və investisiya imkanlarını dəyərləndirdik. Denis Şmıqal Ukraynaya göstərilən davamlı humanitar dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi”, - deyə nazir qeyd edib.