BAKI, 6 noyabr. TELEQRAF
Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb.
Teleqraf xəbər verir ki, hadisə noyabrın 5-də Yasamal rayonu, Naxçıvani küçəsində baş verib.
1958-ci il təvəllüdlü Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə binanın dayanacağından çıxarkən 1955-ci il təvəllüdlü Sadıqova Esmira Həsənağa qızını vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.