BAKI, 26 may. TELEQRAF
2023-cu ilə qədər yaşlı əhalinin ehtiyaclarına uyğunlaşdırılmış kredit məhsulunun ən azı iki kredit təşkilatı tərəfindən təklif olunması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda bildirilir.
Sənədə görə, Mərkəzi Bank bunun üçün maliyyə institutlarını prosesə cəlb edcəcək. İlkin olaraq mövcud vəziyyət təhlil ediləcək. Hüquqi çərçivə nəzərdən keçirilərək, ehtiyac olarsa dəyişikliklərə gediləcək.