BAKI, 26 may. TELEQRAF
2027– 2029-cu illərdə ipoteka kreditləri portfelinin həcmi 2025-ci ilə nisbətən 15 faiz artırılacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, ipoteka kreditlərinə çıxış və ipoteka kreditlərindən istifadənin genişləndirilməsi məqsədilə ilkin olaraq mövcud ipoteka kreditləşməsi çərçivəsi və alətləri qiymətləndiriləcək.
Qiymətləndirmə nəticələri əsasında ipoteka alətlərinin effektivliyinin artırılması üzrə təkliflər hazırlanacaq.