BAKI, 26 fevral. TELEQRAF
2026-cı ilin yanvarında Bakıda mənzil qiymətlərində ötən ilin dekabrı ilə müqayisədə artım müşahidə olunub.
Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, paytaxtda yeni tikililərdə qiymətlər 1,29%, köhnə tikililərdə 1.05%, kotlovan (təməl) mərhələsindən olan mənzillərdə isə 1.63% yüksəlib.
İnzibati rayonlar üzrə ən yüksək bahalaşma Səbail rayonunda qeydə alınıb. Burada yeni tikililərdə qiymətlər 1,7%, köhnə tikililərdə 1,3%, kotlovandan olan mənzillərdə isə 2% artıb.
Bununla yanaşı, Yasamal, Nəsimi və Nizami rayonlarında yeni tikililərdə qiymətlər 1,5%, Nərimanov, Xətai rayonlarında isə 1,4% yüksəlib.
Yanvarda Sabunçuda mənzillər ötən ilin dekabrı ilə müqayisədə 1,2% bahalaşıb. Binəqədi və Suraxanı yayonlarında artım 1,1%, Xəzərdə 1%, Qaradağ və Pirallahıda isə 0,8%-lik təşkil edib.
Köhnə tikililərdə qiymət artımı Yasamal, Sabunçu, Nəsimi və Nizami rayonlarında 1,2% olub. Nərimanov və Xətai rayonlarında bu göstərici 1,1%, Binəqədi və Suraxanıda 1%, Qaradağ və Xəzərdə 0,9% səviyyəsində qeydə alınıb. Pirallahıda isə qiymətlər 0,6% artıb.
Kotlovan mərhələsində olan mənzillərin qiymətləri Yasamal və Nəsimi rayonlarında 1,8% yüksəlib. Nərimanov, Xətai və Nizami rayonlarında artım 1,7%, Binəqədi və Sabunçuda 1,6% olub. Qaradağ və Suraxanıda bu göstərici 1,4%, Xəzər rayonunda 1,3%, Pirallahıda isə 1,1% təşkil edib.