BAKI, 8 noyabr. TELEQRAF

Türkiyənin müdafiə şirkəti ASELSAN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkətinin sosial media hesabında paylaşım olunub.

“Qardaş Azərbaycanı Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə təbrik edirik. Milli texnologiya sahəsində əməkdaşlığımız və birlikdə həyata keçirdiyimiz layihələrlə gələcəyə qətiyyətlə addımlamağa davam edəcəyik”, - ASELSAN vurğulayıb.