BAKI, 24 aprel. TELEQRAF

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti "Türksat" arasında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Azərkosmos” məlumat yayıb.

Bildirilib ki, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.

Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.