BAKI, 11 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi bir sıra xarici səfərlərdən sonra Polşaya qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
Məlumata görə, təyyarə çərşənbə axşamına keçən gecə Kişinyovdan Polşanın Krakov şəhərinə uçuş həyata keçirib. Təyyarə Moldovaya isə Estoniyanın paytaxtı Tallindən gəlib.
Nəşr qeyd edir ki, Zelenski Polşa ilə münasibətlərdə gərginliyin artdığı bir vaxtda Böyük Britaniyaya səfərini Moldova üzərindən reallaşdırıb.
Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk Zelenskinin bəzi açıqlamalarının onu qəzəbləndirdiyini bildirmişdi.