BAKI, 9 iyun. TELEQRAF
2025-ci ildə dövlət büdcəsinin xərcləri 38.6 mlrd.manat (2024-lə: 891 mln. çox), gəlirləri 39.2 mlrd. manat (icra: 102.2%, 2024-lə: 2 mlrd. çox) olub.
Teleqraf xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Qeyd edilir ki, ümumi dövlət xidmətləri ilə bağlı xərclər 4.5 mlrd. manat (12 % artım), təhsil 4.6 mlrd. manat, səhiyyə 1.3 mlrd manat, sosial müdafiə və sosial təminat 4.6 mlrd. manat manat olub
Büdcənin gəlirlərinin strukturuna gəlincə, qeyri-neft sektorundan 20.4 mlrd. (52%) manat, neft-qaz sektoru üzrə 18.8 mlrd. (48%), Dövlət Vergi Xidməti tərəfindən 16,4 mlrd. manat vəsait daxil olub.
Dövlət Gömrük Komitəsinin büdcəyə ödənişləri 6,4 mlrd, Dövlət Neft Fondundan transfertlər 14.5 mlrd. (icra: 100%),
ARDNŞ dividendlərindən 461.5 mln. və ya 1,2% təşkil edib.
Beləliklə ötən il dövlət büdcəsinin profisiti 580 mln. manat olub. Xatırladaq ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 051 600,0 min manat məbləğində təsdiqlənmişdi. Ötən il ərzində büdcədə yaranan 594 milyon manatlıq kəsirin 135,2 milyon manatı özəlləşdirmədən daxil olan vəsaitlər, 181,6 milyon manatı daxili və xarici borclar, 277,3 milyon manatı xəzinə hesabı qalıq hesabına maliyyələşdirilib.