BAKI, 11 iyun. TELEQRAF

İran hakimiyyəti ölkənin Silahlı Qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib və mümkün hücum halında ABŞ-nin bölgədəki obyektlərinə cavab zərbələri endirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaşinqton hər hansı aqressiya aktına əl atacağı təqdirdə ciddi nəticələrlə üzləşəcək.

Bildirilib ki, Tehran ABŞ-nin maraqlarını təmsil edən hədəflərə zərbələr endirməyi nəzərdə tutur.

Məlumatda qeyd olunur ki, İran tərəfi bölgədəki vəziyyətlə bağlı bütün ssenarilərə hazır olduğunu nümayiş etdirir.