BAKI, 10 iyun. TELEQRAF
2025-ci ildə dövlət büdcəsinin xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 2024-cü illə müqayisədə 601,5 milyon manat və ya 4,1% artaraq, 15 milyard 254,2 milyon manat (39,5%) təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.
Ötən ildə əməyin ödənişinə 9 milyard 90 milyon manat, sosial ödənişlərə isə 4 milyard 746,3 milyon manat xərclənib.
Sosialyönlü xərclərə ayrılan məbləğdən qida məhsullarının alınması və təminatına 414,7 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınmasına 141 milyon manat, əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramları və tədbirlərinin icrasına 775,9 milyon manat, digər sosial tədbirlər üzrə isə 86,3 milyon manat vəsait yönəldilib.