BAKI, 10 iyun. TELEQRAF
Cari ilin iyunun 1-nə əhalinin nominal gəlirləri 37 milyard 699,8 milyon manat olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2026-cı ilin yanvar - may aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən 10,2% artıb.
Orta aylıq nominal əməkhaqqı 1 172,1 manat təşkil edib. 2026-cı ilin yanvar - may aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən əməkhaqqları 6,5% artıb.