BAKI, 11 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 80 illik yubileyi münasibətilə hansı hədiyyəni arzuladığı ilə bağlı suala cavab verib.

Teleqraf xəbər verir ki, iyunun 14-də 80 yaşı tamam olacaq ABŞ lideri jurnalistlərlə söhbətində "Dünyada sülh" istədiyini bildirib.

"Qoy bütün dünyada sülh olsun", - deyə Tramp vurğulayıb.

Bundan əvvəl Reuters agentliyi Trampın Nobel Sülh Mükafatına namizəd göstərilə biləcəyini yazmışdı.

ABŞ Prezidenti yanvar ayında verdiyi açıqlamada bu mükafata bir çox şəxsdən daha çox layiq olduğunu bildirmişdi. Lakin daha sonra Nobel Sülh Mükafatına layiq görülmədiyini xatırladaraq, artıq özünü sülh barədə düşünməyə borclu hesab etmədiyini söyləmişdi.