BAKI, 9 iyun. TELEQRAF
Küveyt Fars körfəzindəki böhran fonunda ixracın boru kəmərləri ilə aparılması yönündə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bunu Küveyt Neft Korporasiyasının (KPC) Direktorlar Şurasının sədr müavini və baş icraçı direktoru Şeyx Nəvaf Səud əs-Sabah bildirib.
"Səudiyyə Ərəbistanı və BƏƏ-dəki qardaşlarımızla Küveyt barellərini qəbul edə bilməsi üçün boru kəməri sistemini necə genişləndirmək barədə danışıqlar aparırıq. Körfəz Əməkdaşlıq Şurası ölkələri çətinliklərə kollektiv şəkildə cavab vermək üçün əməkdaşlıq edirlər".