BAKI, 11 iyun. TELEQRAF
İran Silahlı Qüvvələri Hörmüz boğazının bütün gəmilərin hərəkəti üçün bağlandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran hərbi qurumlarının yaydığı məlumatda bildirilib.
Məlumata görə, boğazdan keçməyə cəhd göstərən istənilən gəmi ilə bağlı tədbir görüləcəyi və zərurət yaranacağı təqdirdə atəş açılacağı qeyd olunub.
İran tərəfi həmçinin Hörmüz boğazından keçidə cəhd ediləcəyi halda hərbi müdaxilənin mümkünlüyü barədə xəbərdarlıq edib.