BAKI, 9 iyun. TELEQRAF
Səhmlərində dövlətin payı olan müəssisələrdən 2025-ci ilin dövlət büdcəsinə daxil olan dividendlərin həcmi 636 milyon 642 min manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Qeyd edək ki, ötən ilin büdcəsi proqnozlaşdırılan zaman dövlət büdcəsinə səhmlərində dövlətin payı olan müəssisələrdən daxil olan dividendlərin həcmi 612 230 000 manat nəzərdə tutulurdu.