BAKI, 11 iyun. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun İranla atəşkəs rejimindən kəşfiyyat məlumatlarının və mümkün hədəflər siyahısının dəqiqləşdirilməsi məqsədilə səmərəli istifadə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Florida ştatında jurnalistlərə açıqlamasında deyib.
"Komandanlıq bu atəşkəs rejimindən ağıllı və son dərəcə effektiv şəkildə istifadə edərək kəşfiyyat məlumatlarımızı və hədəf paketlərimizi dəqiqləşdirir", - deyə Pentaqon rəhbəri vurğulayıb.
Heqsetin sözlərinə görə, bu proses İranla münaqişənin başlanmasından bəri əhəmiyyətli dərəcədə təkmilləşdirilib.