BAKI, 9 iyun. TELEQRAF

Sabah Bakının Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq.

Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin, Suraxanı rayonunun "MİDA" yaşayış kompleksinin, Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.