BAKI, 9 iyun. TELEQRAF
2025-ci ildə "Bakı Metropoliteni"nin sərnişindaşıma ilə bağlı zərərini bağlamaq üçün büdcədən 42, 7 milyon manat vəsait xərclənib.
Teleqraf "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, "Azərkosmos"un nizamnamə kapıtalının artırılmasın 74 milyon manat ayrılıb.
Qax Damazlıq İpəkçilik Stansiyasına 0,5 milyon, Qarabağ və Dibaz cins atlarının çoxaldılması üçün 0,5 milyon manat yönəldilib.