BAKI, 11 iyun. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset İran ərazisinə endiriləcək zərbələrin güclü olacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Florida ştatında jurnalistlərə açıqlamasında deyib.

"Bu gün endiriləcək zərbələr güclü və dəqiq olacaq", - deyə Pentaqon rəhbəri vurğulayıb.

Pit Heqset əməliyyatın detalları barədə əlavə məlumat verməyib.