2025-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 619,5 milyon manat məbləğində vəsait istifadə olunub.
Teleqraf 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata istinadən xəbər verir ki, bu proqnoza nisbətən 277,1 milyon manat (5,7%) azdır. 2024-cü illə müqayisədə isə 229,4 milyon manat (5.2%) çoxdur.
Hesabat ilində təhsil xərcləri ÜDM-in 3,6%-ni (2024-cü ildə 3,5%), dövlət büdcəsi xərclərinin isə 12%-ni (2024-cü ildə 11,6%) təşkil edib.
Qeyd edək ki, ötən il büdcədən təhsil xərclərinə 4 milyard 896,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.