BAKI, 9 iyun. TELEQRAF
20205-ci ildə Prezidentin Ehtiyat Fondundan "Qarabağ" Futbol Klubuna 7 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Sənədə əsasən bu, klubun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə bağlı olub.
Qeyd edilir ki, Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idmançıların və onların məşqçilərinin mükafatlandırılmasına 1,8 milyon manat ayrılıb.