BAKI, 11 iyun. TELEQRAF

İranın Fars əyalətində partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sisteminin fəaliyyətə başladığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışlar şəhər ərazisindən kənarda baş verib. Agentlik hadisənin Fars əyaləti yaxınlığında qeydə alındığını qeyd edib.

Bundan əlavə, İranın Kiş adasından uzaq ərazilərdə də partlayış səslərinin eşidildiyi bildirilib.

Hadisənin səbəbləri və mümkün nəticələri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.