BAKI, 11 iyun. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən əlavə zərbələrin başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Məlumata görə, əməliyyat iyunun 10-da ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə həyata keçirilib.

"CENTCOM qüvvələri Ali Baş Komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə əlavə zərbələrin endirilməsini başa çatdırıb", - deyə açıqlamada qeyd olunub.

Komandanlıq bildirib ki, hücumların əsas hədəfləri İranın rabitə sistemləri, hava hücumundan müdafiə vasitələri və kəşfiyyat sistemləri olub.