BAKI, 11 iyun. TELEQRAF
İran hərbçiləri Hörmüz boğazından keçməyə cəhd göstərən iki gəmiyə zərbə endiriblər.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Qanunsuz şəkildə Hörmüz boğazını keçməyə cəhd edən iki gəmiyə zərbələr endirilib", - deyə bəyanatda bildirilir.
Məlumatı "Tasnim" agentliyi yayıb.
Xatırladaq ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-ın hücumlarına cavab olaraq Hörmüz boğazının bağlandığını elan etmişdi.