BAKI, 10 iyun. TELEQRAF
Körfəz Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasını regiondakı vəziyyətə müdaxilə etməyə və İranı ərəb ölkələrinə hücumlarına görə məsuliyyətə cəlb etməyə çağırıb.
Teleqraf xəbər verir ki, müvafiq bəyanat birliyin Nazirlər Şurasının Manamada keçirilən iclasından sonra qəbul edilib.
Sənəddə bildirilir ki, Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət Tehranın hərəkətlərini pisləməli və region dövlətlərinin suverenliyinə hörmət olunmasını təmin etməlidir.
Körfəz ölkələrinin xarici işlər nazirləri son hücumlara və onların regional sabitliyə, beynəlxalq gəmiçilik və enerji təchizatına təsirlərinə görə tam məsuliyyəti İranın üzərinə qoyublar. Bəyanatda həmçinin Körfəz Əməkdaşlıq Şurasının üzv dövlətlərinə, onların maraqlarına və vətəndaşlarına qarşı yönəlmiş hər hansı hərəkətin dərhal dayandırılması tələb olunub.