BAKI, 10 iyun. TELEQRAF
NATO ölkələrinin səfirləri Şimali Atlantika Şurasının iclasında Avropanın Belarus və Rusiya ilə həmsərhəd ölkələri üçün dron tədarükü imkanlarını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
"Qapalı görüşdə 32 NATO ölkəsinin səfirləri blokun cəbhə xəttindəki dövlətlərdə hava polisi missiyaları üçün təcili olaraq daha çox dron alması lazım olub-olmadığını müzakirə ediblər. Rumıniya NATO-ya öz ərazisində daha güclü hərbi mövcudluq üçün sorğu təqdim edib.
Müzakirəyə səbəb Baltikyanı ölkələrdə baş verən dron hadisələri olub" - məlumatda qeyd olunur.