BAKI, 10 iyun. TELEQRAF
2025-ci ildə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna 2,1 milyon manat məbləğində vəsait daxil olub.
Teleqraf 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata istinadən xəbər verir ki, vəsait mineral-xammal bazasının bərpasına yönəldilən ayırmalar, yerin təkinin istifadəyə verilməsinə dair müsabiqə və hərracların keçirilməsindən əldə edilən gəlirlər və digər daxilolmalar hesabına formalaşıb.
Fonddan mineral-xammal bazasının formalaşdırılması, bərpası və istifadəsi üzrə vahid texniki siyasətin aparılması işlərinin təşkili ilə bağlı Dövlət Mineral Ehtiyatlardan İstifadə Agentliyinə ümumilikdə 1 milyon manat vəsait ayrılıb.