BAKI, 10 iyun. TELEQRAF

Son dörd ildə dövlət büdcəsinin xərclərinin tərkibində təhsilə ayrılan vəsaitlərin xüsusi çəkisi 1 milyard 527,3 milyon manat (49,4%) artıb.

Teleqraf xəbər verir ki, bu barədə 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.

Təhsil xərcləri üzrə istifadə olunan vəsaitin 2 milyard 306,9 milyon manatı (50%) ümumi təhsil xərclərinin payına düşüb.

Eyni zamanda, vəsaitin 998,4 milyon manatı müəssisə və tədbirlərin, 648,8 milyon manatı ali təhsil xərclərinin, 449,8 milyon manatı isə məktəbəqədər təhsilin maliyyələşdirilməsinə yönəldilib.

Vəsaitin 100,8 milyon manatı orta ixtisas təhsilinin, 89 milyon manatı peşə təhsilinin, 18,9 milyon manatı əlavə təhsilin, 6,9 milyon manatı təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə xərclənib.