BAKI, 11 iyun. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset Kubaya qarşı mümkün hərbi əməliyyatlar və ölkə rəhbərliyi ilə bağlı müxtəlif ssenarilərin nəzərdən keçirildiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Heqset deyib ki, Pentaqonun vəzifəsi ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı üçün müxtəlif miqyaslı fəaliyyət variantları hazırlamaqdır.
"Bütün deyə biləcəyim budur: variantlar, variantlar və yenə variantlar. Bizim işimiz Ali Baş Komandanın istəyindən asılı olaraq müxtəlif səviyyəli seçimlər təqdim etməkdir", - deyə o bildirib.
Kubanın liderinin fiziki olaraq aradan qaldırılması variantının da nəzərdən keçirilib-keçirilmədiyi barədə suala cavab verən Pentaqon rəhbəri, "Bizim bütün hallara uyğun variantlarımız var", - ifadəsini işlədib.