BAKI, 9 iyun. TELEQRAF

Fars körfəzində neft və qaz nəqlinin bərpası bir neçə ay çəkəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt da etiraf edib.

"Düşünürəm ki, normal enerji axınlarına qayıtmaq üçün bir neçə ay lazım olacaq. Əlbəttə ki, söhbət təkcə neft və təbii qazdan getmir. Kükürd, helium, sürtkü yağları və digər vacib məhsulların əhəmiyyətli ixracı da bura daxildir", - deyə o bildirib.

Rayt həmçinin iddia edib ki, Hörmüz boğazından keçən mülki yüklərin həcmi əhəmiyyətli dərəcədə artmağa başlayır: