BAKI, 9 iyun. TELEQRAF

Ötən il Azərbaycanın MDB-yə üzvülük xərci 1,6 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

2025-ci ilin büdcəsindən İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına 1,3 milyon manat, digər beynəlxalq təşkilatlara 11 milyon manat ödənilib.

Ümumilikdə bu istiqamətdə xərclər 20,6 milyon manat təşkil edib.

Eləcə də büdcədən 5,9 milyon manat beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı öhdəliklərin icrasına sərf edilib. Bura Asiya İnkişaf Bankına 2,3 milyon, İslam İnkişaf Bankına 1,6, Beynəlxalq Maliyyə Korporasiyasına 2, Beynəlxalq Valyuta Fondunun Mrəkəzi Bankdakı 1 və 2 nömrəli hesablarına 69, 1 min manat yönəldilməsin daxildir.