BAKI, 11 iyun. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda əlavə hərbi zərbələrin endirilməsinə başlanıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Məlumata görə, əməliyyat ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə həyata keçirilir.

"Birləşmiş Ştatların Mərkəzi Komandanlığının qüvvələri Şərq sahili vaxtı ilə saat 17:15-dən etibarən özünümüdafiə məqsədilə İrandakı bir sıra hədəflərə əlavə zərbələr endirməyə başlayıb", - məlumatda qeyd olunub.

CENTCOM zərbələrin əsas məqsədinin ABŞ qüvvələrinin və maraqlarının müdafiəsi olduğunu vurğulayıb.