
BAKI, 29 mart. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Myanma və Tailandda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə XİN öz rəsmi "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Biz Myanma və Tailandda baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə başsağlığı veririk. Fəlakətdən təsirlənənlərin ən qısa zamanda normallığa qovuşmalarını və zədələnmiş bölgələrin bərpa olunmasını ürəkdən arzu edirik".