BAKI, 29 mart. TELEQRAF

Rusiya qoşunları Ukraynaya qarşı yeni hərbi hücuma hazırlıq görür.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədi Ukraynaya qarşı təzyiqi artırmaq və atəşkəs müzakirələrində Moskvanın mövqeyini gücləndirməkdir. Bu addım, Kreml rəhbərinin müharibə əməliyyatlarını dayandırmaq məsələsini təxirə salaraq yeni ərazilər ələ keçirmək niyyətini daşıyır. Hərbi əməliyyatların ən azı 2025-ci ilin sonunadək davam edəcəyi gözlənilir",- məlumatda deyilir.