BAKI, 29 mart. TELEQRAF

Türkiyə Super Liqasında XXIX turun bu gün keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyununun VAR hakimi əcnəbi olacaq.

Teleqraf xəbər verir ki, bu işi polşalı Pavel Pskit yerinə yetirəcək.

Onun köməkçisi (AVAR hakimi) funksiyasını Onur Özütoprak yerinə yetirəcək. Baş hakim kimi matçı Yasin Kol idarə edəcək.

Qeyd edək ki, İstanbuldakı "Tüpraş" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.