
BAKI, 25 fevral. TELEQRAF
Sabir Gülmirzə oğlu İlyasov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.