BAKI, 24 fevral. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb.

Teleqraf xəbər verir ki, 21, 22, 23 fevral tarixlərində Abşeron dairəvi marşrutu üzrə 43 600 sərnişin, Bakı–Ağstafa–Bakı üzrə 3604 sərnişin, Bakı-Balakən-Bakı üzrə 787 sərnişin, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 729 sərnişin səfər edib.

Həmçinin bügun Abşeron dairəvi, Balakən-Bakı, Bakı-Ağstafa-Bakı reysləri ilə 11 037 sərnişin daşınıb.