LƏNKƏRAN, 24 fevral. TELEQRAF

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, fevralın 22-si saat 19 radələrində 1972-ci il təvəllüdlü Vitaliy Nikolayeviç Ryaskov yaşadığı Liman şəhərində tüfəngdən açdığı atəşlə özünü öldürüb.

Hadisə yerindən 1 ədəd “İJ-27” markalı ov tüfəngi aşkarlanıb.

53 yaşlı kişinin intihar səbəbi məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.